Azərbaycan Premyer Liqasında 13-cü turun oyunlarının vaxtı açıqlanıb

13 Noyabr 2026 13:00
44
Azərbaycan Premyer Liqasında 13-cü turun oyunlarının vaxtı açıqlanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında 13-cü turun oyun cədvəli müəyyənləşib.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasından məlumat verilib.

“Neftçi” - “Zirə” oyunu noyabrın 27-də, “Turan Tovuz” - “Kəpəz” matçı noyabrın 28-də keçiriləcək.

Misli Premyer Liqası

İkinci dövrə, 13-cü tur
27 noyabr (cümə)

14:30. “İmişli” - “Şəfa”
Yevlax şəhər stadionu

19:00. “Neftçi” - “Zirə”
“Palms Sports Arena”

28 noyabr (şənbə)
16:30. “Turan Tovuz” - “Kəpəz”
Tovuz şəhər stadionu

19:00. “Sabah” - “Araz-Naxçıvan”
“Sabah Arena”

29 noyabr (bazar)
14:30. “Şamaxı” - “Qəbələ”
Şamaxı şəhər stadionu

17:00. “Qarabağ” - “Sumqayıt”
“Azersun Arena”

İdman.Biz