Gəncədə “Kəpəz” - “Sumqayıt” matçına böyük maraq: 7000 bilet satıldı

19 Sentyabr 2026 22:03
91
Gəncədə “Kəpəz” - “Sumqayıt” matçına böyük maraq: 7000 bilet satıldı

“Kəpəz” və “Sumqayıt” komandaları arasında sabah keçiriləcək futbol üzrə Misli Premyer Liqasının altıncı turunun oyununa bilet satışı davam edir.

İdman.Biz xəbər verir ki, bu günün sonuna olan məlumata görə, qarşılaşmaya artıq 7000 bilet satılıb.

Biletlər onlayn şəkildə “iticket.az” saytı vasitəsilə satışdadır. Sabah saat 10:00-dan etibarən isə Gəncə Şəhər Stadionunun kassalarında da bilet satışı həyata keçiriləcək.

Azarkeşlərin böyük marağı nəzərə alınaraq, oyun günü kassalarda növbələrin yaranmaması üçün onların sayı 2-dən 4-ə çatdırılacaq.

Qeyd edək ki, “Kəpəz” – “Sumqayıt” qarşılaşması sabah saat 19:00-da Gəncə Şəhər Stadionunda başlayacaq.

İdman.Biz