“Real Madrid” rəhbərliyi İspaniya Hakimlər Texniki Komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyranın dövründə qazanılan bütün kuboklardan “Barselona”nın məhrum edilməsi üçün Avropa Futbol Assosiasiyaları Birliyinə (UEFA) rəsmi müraciət təqdim edib.
İdman.Biz bildirir ki, bu barədə AS məlumat yayıb.
Neqreyra 2001-ci ildən 2018-ci ilə qədər La Liqa Hakimlər Komitəsində yüksək vəzifə tutub. Bu müddət ərzində “Blaugrana” doqquz liqa və dörd Çempionlar Liqası titulu da daxil olmaqla 30-dan çox kubok qazanıb.
“Barselona” 2023-cü ildə rüşvət ittihamları ilə ittiham olunub. Mediada yayılan məlumatlara görə, 2001-2018-ci illər arasında “Barselona”nın Neqreyraya pul köçürdüyü iddia edilir.
“Barselona” hazırkı futbol üzrə İspaniya çempionudur. “Real Madrid” 2025/2026 mövsümündə La Liqada ikinci yeri tutub.
