Türkiyə klubunun mətbuat xidməti 31 yaşlı cinah yarımmüdafiəçisi Leandro Trossardın “Arsenal”dan “Beşiktaş”a keçdiyini açıqlayıb.
İdman.Biz bildirir ki, oyunçunun müqaviləsi üç illikdir, daha bir il müddətinə uzadıla bilər. Transefmarkt-ın məlumatına görə, müqavilənin dəyəri 18 milyon avrodur və London klubu 2 milyon avro bonus alacaq.
Belçikalı futbolçunun artıq tibbi müayinədən keçmək üçün İstanbula gəldiyi də bildirilir.
Trossard 2023-cü ilin qışında “Brayton”dan “Arsenal”a 24 milyon avroya keçib. Ötən mövsüm o, bütün yarışlarda 50 oyun keçirib, səkkiz qol vurub və 10 məhsuldar ötürmə edib.
