“Mançester Yunayted” və PSJ-nin sabiq futbolçusu “Saraqosa”ya keçib

14 İyul 2026 20:02
59
“Mançester Yunayted” və PSJ-nin sabiq futbolçusu “Saraqosa”ya keçib

İspaniyanın “Saraqosa” klubu rəsmi saytında 36 yaşlı yarımmüdafiəçi Ander Errera ilə azad agent kimi müqavilə imzaladığını açıqlayıb.

İdman.Biz bildirir ki, oyunçu klublq bir mövsümlük müqavilə imzalayıb.

Ander Errera “Saraqosa”nın gənclik sisteminin yetirməsidir və karyerasının əvvəlində orada oynayıb. Onun karyerasına “Atletik Bilbao”, “Mançester Yunayted”, “Pari Sen-Jermen” və “Boka Xuniors” kimi klublarda da çıxış edib. Bu mövsümdə Errera Argentina klubunda 12 oyunda 1 qol vurub. O, əvvəllər İspaniya millisinin də şərəfini qoruyub.

İdman.Biz