Azərbaycan Premyerliqasına bu görüntü və 1:1 hesabı ilə yekun vuruldu - YENİLƏNİB + VİDEO

24 May 2026 18:07
1 321
Azərbaycan Premyerliqasına bu görüntü və 1:1 hesabı ilə yekun vuruldu - YENİLƏNİB + VİDEO

Bu gün futbol üzrə Misli Premyer Liqasına bir oyunla yekun vuruldu. 33-cü tur çərçivəsində keçiriləcən “İmişli” - “Karvan-Yevlax” qarşılaşmasında tərəflər sülhlə ayrıldılar.

İdman.Biz xəbər verir ki, oyunda hesabı “Karvan-Yevlax” açıb. 28-ci dəqiqədə fərqlənən Peter Kings olub. Matçın uzatma dəqiqələrində isə (90+5) Diaqo Kardozu “İmişli”nin bərabərlik qolunu vurub.

Bu nəticə komandaların turnir cədvəlindəki mövqeyinə təsir etməyib. “Karvan-Yevlax” 15 xalla 12-ci pillədə yer aldığı üçün növbəti mövsüm yoluna Birinci Liqada davam edəcək. “İmişli” isə aktivinə yazdırdığı bir xalla xallarının sayını 34-ə çatdırıb və turnir cədvəlində doqquzuncudur.

17:58

“İmişli” oyunun uzatma dəqiqələrində - 90+5-də Diaqo Kardozunun qolu ilə hesabı bərabərləşdirdi.

17:06

İdman.Biz xəbər verir ki, “İmişli” - “Karvan-Yevlax” oyununda ikinci hissə başladı. İlk 45 dəqiqədən sonra hesab 0:1 “Karvan-Yevlax” komandasının xeyrinədir.

16:52

İdman.Biz xəbər verir ki, “İmişli” - “Karvan-Yevlax” oyununda ilk hissə başa çatıb. Oyunun 28-ci dəqiqəsində “Karvan-Yevlax”ın oyunçusu Peter Kingsin vurduğu qolla Yevlax təmsilçisi 0:1 öndədir.

16:34

Oyunun 28-ci dəqiqədə “Karvan-Yevlax”ın oyunçusu Peter Kings hesabı açır - 0:1.

15:59

Futbol üzrə Misli Premyer Liqasına yekun vuran “İmişli” - “Karvan-Yevlax” qarşılaşması başladı.

15:02

Misli Premyer Liqasında mövsümün son turu Qubada keçiriləcək.

İdman.Biz xəbər verir ki, “İmişli” - “Karvan-Yevlax” oyunu üçün hər iki komandanın start heyəti açıqlanıb:

"İmişli": 99. İmam Əli 77. Elmir Rəhimzadə 21. Abbas Ağazadə 97. Xəzər Mahmudov 5. İdris İnqilablı 70. Mehdi Tahirov 44. Həzrət İsayev 11. Vüsal Qənbərov 3. Tuncay Yusifli 20. Nazim Hüseynov 29. Edvin Banquera (k)

Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 33. Andrey Sinenka 90. Riad Abbaszadə 47. Orxan Fərəcov 30. Xəlil Mürsəlli 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç 6. Yau Mozes 79. Dioqo Kardozu 17. Ezekiel Morqan

Baş məşqçi: Jorj Kaşkilya

"Karvan-Yevlax": 1. Kamran İbrahimov 33. Eltun Turabov (k) 42. İbrahim Qədirzadə 13. Vüsal Məsimov 17. Samir Abdullayev 16. Rauf Rüstəmli 5. Emin Rüstəmov 2. Şakil Sno 11. Kayl Spens 37. Mois Nqvisani 8. Peter Kings

Ehtiyat oyunçular: 25. Əmrah Bulud 18. Süleyman Əhmədov 14. Uğur Cahangirov 19. Tompson Qavi 10. Samuel Durrant

Baş məşqçi: Füzuli Məmmədov

09:32

Bu gün futbol üzrə Misli Premyer Liqasına bir oyunla yekun vurulur. 33-cü tur çərçivəsində keçiriləcək oyun “İmişli” və “Karvan-Yevlax” klubları arasında baş tutacaq.

İdman.Biz xəbər verir ki, saat 16:00-da start götürəcək qarşılaşma Quba OİK stadionunda keçiriləcək.

"İmişli" 33 xalla doqquzuncu, "Karvan-Yevlax" isə 14 xalla sonuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, bu oyunun nəticəsi turnir cədvəlində heç bir dəyişiklik yaratmayacaq. "İmişli" qələbə qazanacağı təqdirdə sadəcə xal ehtiyatını artırmış olacaq. "Karvan-Yevlax" isə bütün hallarda Premyer Liqanı tərk edir.

Misli Premyer Liqası
Üçüncü dövrə, 33-cü tur
24 may (bazar)

16.00. “İmişli” - “Karvan-Yevlax”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Tərlan Talıbzadə, Kamran Əliyev

VAR: Rəşad Əhmədov

AVAR: Rahil Ramazanov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Anar Şıxəliyev

Quba OİK stadionu

İdman.Biz