Niderland millisi dünya çempionatı üçün heyətini açıqlayıb

27 May 2026 17:12
161
Niderland millisi dünya çempionatı üçün heyətini açıqlayıb

Niderland millisi DÇ-2026 üçün yekun heyətini açıqlayıb.

İdman.Biz xəbər verir ki, baş məşqçi Ronald Kuman mundial üçün 26 futbolçuya dəvət göndərib.

Siyahıda komandanın liderləri - Vircil van Deyk, Frenki de Yonq, Kodi Qakpo və Memfis Depay də yer alıb.

Beləliklə, Niderland millisinin DÇ-2026 üçün heyəti;

Qapıçılar: Bart Verbruggen, Mark Flekken, Robin Rufs.

Müdafiəçilər: Vircil van Dayk, Yan Paul van Hekke, Natan Ake, Mikki van de Ven, Denzel Dumfris, Yorrel Hato, Yurrien Timber.

Yarımmüdafiəçilər: Frenki de Yonq, Teyani Reynders, Castin Klyuvert, Kventin Timber, Tön Kopmayners, Rayan Qravenberx, Marten de Run, Qus Til, Mats Viffer.

Hücumçular: Kodi Qakpo, Donyel Malen, Brayan Brobbi, Noa Lanq, Memfis Depay, Vut Veqhorst, Krisensio Summervill.

Qeyd edək ki, Niderland millisi DÇ-2026-da Yaponiya, İsveç və Tunis ilə birlikdə eyni qrupda mübarizə aparacaq.

İdman.Biz
Məqalədə: