“Şamaxı” futbol komandasında beş ayrılıq

26 May 2026 16:41
144
“Şamaxı” futbol komandasında beş ayrılıq

Misli Premyer Liqasında çıxış edən “Şamaxı” futbol komandası beş futbolçusu ilə vidalaşıb.

İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Açıqlamada Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev və Səlim Həşimovla icarə müqavilələrinin müddətinin başa çatdığı bildirilib.

Bu səbəbdən adları çəkilən futbolçular “Şamaxı”dan ayrılaraq məxsus olduqları klublara qayıdıblar.

İdman.Biz