AFFA aşağı yaş qruplarında dörd komandaya texniki məğlubiyyət verdi

12 Noyabr 2026 16:18
39
AFFA aşağı yaş qruplarında dörd komandaya texniki məğlubiyyət verdi

AFFA-nın təşkil etdiyi aşağı yaş qrupundan ibarət müxtəlif liqalarda dörd komanda texniki məğlubiyyətlə cəzalandırılıb.

İdman.Biz xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

AFFA U-13 Liqasında keçirilməsi nəzərdə tutulan “Aslan” - “Kürmük” matçı ikincilərin heyətində yetərsay olmaması səbəbindən baş tutmayıb. Nəticədə qonaq komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

Həmin gün AFFA U-12 Liqasında baş tutmalı olan ROFM – “FC Bayern Baku” görüşü qonaqların təyin edilmiş vaxtda meydanda olmaması ucbatından keçirilməyib. Bu səbəbdən qonaqlar 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

AFFA U-10 Liqasında təşkili planlaşdırılan “Şahdağ” – “Qusar” qarşılaşması ikincilərin heyətində yetərsay olmaması üzündən baş tutmayıb. Buna görə də Qusar təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Eyni gündə AFFA U-14 Qızlar Liqasında baş tutan “İsmayıllı” – “Mürtülü” oyununda isə qonaqlar əsasnaməyə uyğun yaş limiti qaydasını pozub. Nəticədə “Mürtülü”yə texniki məğlubiyyət verilib, matçın hesabı isə olduğu kimi saxlanılıb.

İdman.Biz
Məqalədə: