“İmişli” futbol klubunun milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilə dövrü üçün planları məlum olub.
Bu barədə klubun sözçüsü Bəhruz Musayev məlumat verib.
“Komandaya dörd günlük istirahət verildikdən sonra bu gün hazırlıq prosesinə start verilib. Hələlik yoxlama oyununun keçirilməsi nəzərdə tutulmayıb. Məşqlər ənənəvi olaraq Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında təşkil olunur.
Fasilə başa çatdıqdan sonra “İmişli” Misli Premyer Liqasında növbəti matçını noyabrın 20-də doğma meydanda “Zirə”yə qarşı keçirəcək”, - deyə o fanat.az-a açıqlamasında bildirib.
Qeyd edək ki, “İmişli” hazırda Misli Premyer Liqasının turnir cədvəlində 11 xalla səkkizinci pillədə qərarlaşıb.
