Bölgə klubu U-11 Liqasından kənarlaşdırıldı

12 Noyabr 2026 16:14
39
Bölgə klubu U-11 Liqasından kənarlaşdırıldı

Göyçayın “Çərəkə” futbol komandası AFFA U-11 Liqasından kənarlaşdırılıb.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Turnirdə keçirilməsi planlaşdırılan “Çinar” (Göyçay) - “Çərəkə” (Göyçay) oyunu “Çərəkə” komandasının təyin olunmuş vaxtda meydanda olmaması səbəbindən baş tutmayıb.

Bu hal üçüncü dəfə təkrarlandığından “Çərəkə” U-11 Liqasından kənarlaşdırılıb. Komandanın keçirdiyi oyunların nəticələri ləğv edilib.

İdman.Biz