İngiltərə millisinin DÇ-2026-nin məşq bazası üzərində uçan PUA-lar vurulacaq

27 May 2026 18:32
169
İngiltərə millisinin DÇ-2026-nin məşq bazası üzərində uçan PUA-lar vurulacaq

İngiltərə millisi DÇ-2026 zamanı məşqlərin izlənilməsi təhlükəsinə görə görünməmiş təhlükəsizlik tədbirləri görəcək.

İdman.Biz xəbər verir ki, “GB News”un yaydığı məlumata əsasən, ingilislər məşqlər zamanı casusluq məqsədilə istifadə oluna biləcək pilotsuz uçuş aparatlarından ehtiyat edir. Bu səbəbdən ABŞ-də təhlükəsizlik tədbirləri “hərbi əməliyyat” səviyyəsində təşkil olunacaq.

Kanzas-Sitidə yerləşəcək İngiltərə millisinin bazasında hava hücumundan müdafiə vasitələri yerləşdiriləcək. Düşmən PUA-larını zərərsizləşdirmək imkanına malik pilotsuz tutucu aparatların havada növbə çəkəcəyi bildirilir.

Bundan əlavə, polis əməkdaşları radioelektron mübarizə vasitələri ilə təchiz olunacaq ki, onlar İngiltərə millisinin bazası yaxınlığında dronların fəaliyyətini bloklaya bilsinlər.

İdman.Biz