Karate üzrə Azərbaycan qadın kumite millisi Almaniyanın Frankfurt şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
İdman.Biz xəbər verir ki, komandamız üçüncü yer uğrunda görüşdə Ukrayna yığmasını 2:1 hesabı ilə məğlub edib.
Bu nəticə ilə Azərbaycan millisinin noyabrda Çinin Quançjou şəhərində keçiriləcək Dünya Kubokunda iştirakı rəsmiləşib.
Qeyd edək ki, daha əvvəl Mədinə Sadıqova 55 kq çəki dərəcəsində Avropa çempionu olub. İrina Zaretska isə 68 kq-da bürünc medal qazanıb.
Parakarate üzrə Azərbaycan millisinin üç üzvü də fəxri kürsüyə qalxıb. Vidadi Xalıqov, Fərrux Qaybalıyev və Aysel Əhmədli Avropa çempionatını bürünc medalla başa vurublar.
