Azərbaycan millisinin karateçisi İrina Zaretska Mərakeşin paytaxtı Rabatda keçirilən Karate1 Premyer Liqasında qızıl medal qazanıb.
İdman.Biz xəbər verir ki, titullu idmançı qadınların 68 kiloqram çəki dərəcəsində bütün rəqiblərini üstələyib.
Nüfuzlu beynəlxalq turnirdə uğurlu çıxışı ilə seçilən Zaretska final görüşünü də inamlı qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, karateçimizin Premyer Liqada qazandığı 14-cü qızıl medaldır.
Qeyd edək ki, Azərbaycan millisi yarışda böyük məşqçi Rəşad Hüseynovun rəhbərliyi altında çıxış edir.
