Gəncə beynəlxalq karate turnirinə ev sahibliyi edəcək

15 İyul 2026 17:08
130
Gəncə beynəlxalq karate turnirinə ev sahibliyi edəcək

İyulun 17-19-da Gəncə Olimpiya İdman Kompleksində “Olimpiya Ümidləri” beynəlxalq karate turniri keçiriləcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyası məlumat yayıb.

Bir sıra ölkələrin idmançılarının iştirak edəcəyi turnir gənc karateçilərin təcrübə qazanmasına və beynəlxalq əlaqələrin inkişafına xidmət edəcək.

Yarışın təntənəli açılış mərasimi iyulun 18-də, saat 17:00-da Gəncə Olimpiya İdman Kompleksində baş tutacaq.

İdman.Biz