Karateçimiz Selcan Babayeva Avropa çempionu olub

25 Oktyabr 2026 12:29
122
Karateçimiz Selcan Babayeva Avropa çempionu olub

Azərbaycanın karateçisi Selcan Babayeva Belçikada keçirilən kyokuşin karate üzrə Avropa çempionatında uğur qazanıb.

İdman.Biz xəbər verir ki, Azərbaycan Karate Federasiyasının (AKF) “Kyokuşin (KAY) SENŞİ karate” üslubu üzrə milli komandasının üzvü qitə birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

18 yaşadək idmançılar arasında 60 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Babayeva bütün rəqiblərini geridə qoyaraq qızıl medala sahib olub.

İdman.Biz