Karateçilərimiz Belçikada keçirilən Avropa çempionatında üç medal qazanıblar

26 Oktyabr 2026 13:33
107
Karateçilərimiz Belçikada keçirilən Avropa çempionatında üç medal qazanıblar

Azərbaycan Karate Federasiyasının kyokuşin (kay) senşi karate üslubu üzrə milli komandasının üzvləri Belçikanın Gent şəhərində keçirilən 15-ci IKOKU Avropa çempionatında üç medal qazanıblar.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyası (AKF) məlumat yayıb.

Bildirilib ki, qitə birinciliyində Azərbaycan təmsilçiləri bir qızıl, bir gümüş və bir bürünc mükafata sahib çıxıblar.

U-18 yaş qrupunda Selcan Babayeva (+60 kq) bütün rəqiblərini geridə qoyaraq Avropa çempionu olub.

U-21 yaş kateqoriyasında Cəmil Kazımlı (+80 kq) gümüş, böyüklər arasında isə Sahil Musazadə (70 kq) bürünc medala yiyələnib.

İdman.Biz