Rusiyalı karateçilər dünya çempionatına buraxılmadılar

15 Oktyabr 2026 17:25
93
Rusiyalı karateçilər dünya çempionatına buraxılmadılar

Polşa rusiyalı yeniyetmələri və 21 yaşadək idmançıları bu ölkədə keçiriləcək karate üzrə dünya çempionatında iştirakına icazə verməyib.

İdman.Biz xəbər verir ki, bu barədə Rusiya Karate Federasiyasının mətbuat xidmətinə istinadən məlumat yayıb. Turnir oktyabrın 14-də Polşanın Belsko-Biala şəhərində start götürüb.

Polşada keçirilən yarışda Rusiyadan 21 idmançının iştirakı planlaşdırılırdı.

Rusiya Karate Federasiyasından bildirilib ki, Polşa tərəfi rusiyalı idmançıların heç birini yarış iştirakçısı kimi qeydiyyata almayıb.

İdman.Biz