34 karateçimiz Tiflisdə mübarizə aparacaq

12 Noyabr 2026 18:06
34
34 karateçimiz Tiflisdə mübarizə aparacaq

Azərbaycanın uşaq, yeniyetmə və gənc karateçiləri noyabrın 14-15-də Gürcüstanın paytaxtı Tiflisdə keçiriləcək “Tbilisi Open 2026” beynəlxalq turnirində çıxış edəcəklər.

İdman.Biz xəbər verir ki, yarışda ölkəmizi müxtəlif yaş və çəki kateqoriyalarında 34 idmançı təmsil edəcək.

Nümayəndə heyətinə Azərbaycan Karate Federasiyası prezidentinin köməkçisi Vüsal Abdullazadə rəhbərlik edəcək. Karateçilərimiz turnirdə məşqçilər Bəşir Mahmudov və İbrahim Heydərovun rəhbərliyi altında mübarizə aparacaqlar.

Mehman Əlirzayev və Murad Hacızadə isə yarışda hakim qismində iştirak edəcəklər.

İdman.Biz