Azərbaycanlı karateçi Avropa birinciliyində gümüş medal qazanıb - FOTO

2 Noyabr 2026 18:05
147
Azərbaycanlı karateçi Avropa birinciliyində gümüş medal qazanıb

Azərbaycan karateçisi Yusif Qəhrəmanlı Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 16-cı WSF Avropa Ölkələri Şotokan Karate Birinciliyində gümüş medala sahib olub.

İdman.Biz xəbər verir ki, 14-15 yaşlı idmançıların yarışında 70 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz ikinci yeri tutub.

Yusif Qəhrəmanlı yarışa məşqçiləri Şahin və Rəşid Xudaverdiyevlərin rəhbərliyi altında hazırlaşıb.

İdman.Biz