Azərbaycan deflimpiyaçıları Avropa çempionatında üç qızıl medal qazandılar - FOTO

2 Noyabr 2026 11:29
91
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında üç qızıl medal qazandılar - FOTO

Azərbaycan deflimpiyaçıları Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan karatenin şotokan növü üzrə Avropa çempionatında üç qızıl medal qazanıblar.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Deflimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

WSF versiyası üzrə keçirilən yarışda Aytən Qədirova (kata), Hikmət Ağayev (+18 yaş kateqoriyası, 60 kq, kumite) və Elmin Hüseynli (75 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

İdman.Biz