Azərbaycanın karate komandası Polşanın Bielsko-Biala şəhərində keçirilmiş dünya çempionatını medal sıralamasında ilk “10-luq”da başa vurub.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyası məlumat yayıb.
114 ölkənin mübarizə apardığı turnirdə Azərbaycan komandası bir qızıl, bir gümüş və üç bürünc olmaqla ümumilikdə beş medal qazanaraq 10-cu yerdə qərarlaşıb.
Qeyd edək ki, Şamo Kamilov (U-16, +70 kq) qızıl mükafata sahib çıxıb. Vüsal Qənbərov (U-18, 55 kq) gümüş, Rəsul Qənbərli (U-16, 52 kq), Nurlan Əlimuradov (U-16, 70 kq) və Rəşid Süleymanov (U-21, 75 kq) bürünc medal qazanıblar.



