Karateçilərimiz Gürcüstanda 23 medal qazandılar - FOTO

16 Noyabr 2026 15:48
26
Karateçilərimiz Gürcüstanda 23 medal qazandılar - FOTO

Azərbaycan karateçiləri Gürcüstanda keçirilmiş WKF üzrə “Tbilisi Open-2026” beynəlxalq turnirində 23 medal qazanıblar.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyasından məlumat verilib.

Bildirilib ki, ölkə təmsilçiləri yarışda doqquz qızıl, iki gümüş və 12 bürünc mükafata sahib çıxıblar.

Turnirdə yeddi ölkədən yeniyetmə, gənc və böyüklər arasında 600 idmançı iştirak edib. Azərbaycanı hakim qismində Mehman Əlirzayev və Murad Hacızadə təmsil ediblər.

İdman.Biz