Rumıniyada keçirilən WUKF -in 14-cü dünya çempionatında iştirak edən Azərbaycanın ənənəvi karate üzrə yığma komandası yarışda uğurlu nəticələr əldə edib.
İdman.Biz bildirir ki, yarışın ilk günündə yığma komandanın üzvü Salman Salmanov gənclər arasında kata üzrə çıxış edərək dünya çempionu olub və iki qızıl medal qazanıb.
Çempionatın növbəti yarış günündə isə komandamızın daha iki üzvü fəxri kürsüyə yüksəlib. Belə ki, Alışan Əzizov gənclər (18-20 yaş) arasında kumite üzrə III yerə, Anar Əlizadə isə yeniyetmələr (14-15 yaş) arasında kumite üzrə III yerə layiq görülüb.
Beləliklə, Azərbaycan yığma komandası WUKF -in 14-cü dünya çempionatında indiyədək 2 qızıl və 2 bürünc medal qazanıb.
Yığma komanda yarışa ənənəvi karate üslubunun rəhbəri, 8-ci Dan qara kəmər sahibi Əhməd Əfəndi və baş məşqçi Bəhram Hətəmovun rəhbərliyi ilə hazırlanıb.
