Azərbaycan karate nümayəndələri beynəlxalq hakimlik sertifikatları ilə təltif olunublar - FOTO

8 İyul 2026 11:58
83
Azərbaycan karate nümayəndələri beynəlxalq hakimlik sertifikatları ilə təltif olunublar - FOTO

Karate Federasiyasının “Kyokuşin (KAI) Senşi Karate” üslubu üzrə milli komandası Bolqarıstanın Varna şəhərində keçirilən beynəlxalq Kyokuşin karate tədbirlərində iştirak edir.

İdman.Biz xəbər verir ki, iyulun 7-dən 11-dək davam edən yarışlar çərçivəsində Azərbaycan nümayəndələri də uğura imza atıblar.

Belə ki, Karate Federasiyasının baş katibi, eyni zamanda üslub üzrə nümayəndə Qabil Sayadov, eləcə də məşqçi-müəllimlər Rza Mustafayev və Vüsal Məmmədov Dünya Kyokuşin Birliyi tərəfindən beynəlxalq hakimlik sertifikatları ilə təltif olunublar.

İdman.Biz