Mərakeşin paytaxtı Rabatda keçirilən Karate-1 Premyer Liqasında qızıl medal qazanan Azərbaycan millisinin üzvü İrina Zaretska yalnız daimi zəhmətlə yaxşı nəticələrə nail olur.
30 yaşlı idmançı turnirin qalibi olması ilə bağlı fikirlərini bölüşüb.
“Bu, 2026-cı ildə yarışın seriyasının final mərhələsi idi. Premyer Liqada 14-cü qızıl medalımı qazandım. Bu isə indiyədək ən yüksək göstəricilərdən biridir. 1/4 finalda Misir təmsilçisi Feryal Abdelaziz ilə qarşılaşdım. Onunla Tokio-2020 Yay Olimpiya Oyunlarının finalında üz-üzə gəlmişdik. Bu dəfə özüməməxsus fırlanma zərbə ilə onu məğlub etdim. Fəxri kürsünün birinci pilləsində yer aldığım üçün sevinirəm. Bu, cari mövsümdə qazandığım dördüncü medaldır. Yalnız daimi zəhmətlə buna nail oluram”, - deyə o, report.az-a açıqlamasında vurğulayıb.
Tokio-2020 olimpiadasının gümüş mükafatçısı ona dəstək olanlara minnətdarlığını bildirib söyləyib:
“Hazırlığıma davamlı dəstək olduqları üçün məşqçim Yaşar Bəşirova və federasiya prezidenti Ülvi Quliyevə təşəkkür etmək istəyirəm. Qarşıda komandamızı Dünya Kuboku gözləyir. İlk dəfə qadın komandamız bu yarışa qatılacaq. Mən bununla qürur duyuram”.
