Karate üzrə “Olimpiya Ümidləri” beynəlxalq turniri iyulun 18-19-da Gəncə İdman Sarayında keçirilib.
İdman.Biz xəbər verir ki, Azərbaycan Karate Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi yarışda beş ölkədən ümumilikdə 600 idmançı iştirak edib.
Turnirdə Azərbaycan karateçiləri ilə yanaşı, Türkiyə, Pakistan, Gürcüstan və Rumıniyanı təmsil edən komandalar mübarizə aparıblar.
Yarışı yerli və xarici mütəxəssislərdən ibarət 32 nəfərlik hakimlər heyəti idarə edib. Onlardan 12-si beynəlxalq dərəcəli hakim olub.
Turnirin keçirilməsində əsas məqsəd Azərbaycanda karatenin inkişafına töhfə vermək, yeniyetmə və gənclərin vətənpərvərlik və yüksək mənəvi ruhda yetişdirilməsini təşviq etmək, perspektivli idmançıları müəyyənləşdirmək, eləcə də beynəlxalq idman əməkdaşlığını genişləndirmək olub.
