Bakıda karate üzrə texniki seminar başa çatıb.
İdman.Biz xəbər verir ki, səkkizinci dan qara kəmər sahibi, SKIF-in Baş Təlimatçısı Sensei Manabu Murakaminin rəhbərliyi ilə keçirilən seminar iki gün davam edib.
Təlimlər zamanı iştirakçılara SKIF karate məktəbinin texniki xüsusiyyətləri, müasir metodikalar və praktiki məşğələlər təqdim olunub. Seminar karateçilərin texniki hazırlığının təkmilləşdirilməsi, beynəlxalq təcrübənin bölüşdürülməsi və məşqçi-idmançı potensialının inkişafına xidmət edib.
Bağlanış mərasimində Azərbaycan Karate Federasiyasının prezidenti, Milli Məclisin deputatı Ülvi Quliyev, federasiyanın İdarə Heyətinin üzvləri, idman ictimaiyyətinin nümayəndələri və media təmsilçiləri iştirak ediblər.
