Qazaxıstanda futbol fanatının qəribə ad seçimi: 18 yaşlı qız ismini “Real Madrid” qoydu

30 May 2026 16:39
84
Qazaxıstanda futbol fanatının qəribə ad seçimi: 18 yaşlı qız ismini “Real Madrid” qoydu

Qazaxıstandan olan Malika adlı bir xanım 18 yaşına çatan kimi rəsmi olaraq adını dəyişdirib və sevimli klubu - “Real Madrid” qoyub.

İdman.Biz xəbər verir ki, o bu barədə “Threads” sosial şəbəkəsində paylaşaraq məlumat verib.

Lakin gənc xanımın bu qərarı heç də birmənalı qarşılanmayıb.

“Kral klubu”nun azarkeşi “Threads” şəbəkəsində böyük tənqid dalğası ilə üzləşdiyini, insanların bunu niyə bu qədər aqressiv qarşıladıqlarını anlamadığını bildirib.

İdman.Biz