“Kəpəz” baş məşqçisi ilə yollarını ayırıb

30 May 2026 16:25
120
“Kəpəz” baş məşqçisi ilə yollarını ayırıb

“Kəpəz” baş məşqçisi Azər Bağırovla yollarını ayırıb.

İdman.Biz xəbər verir ki, bu barədə “Kəpəz” Peşəkar Futbol Klubu məlumat yayıb.

Bildirilib ki, müqaviləsinin müddəti başa çatan mütəxəssislə yeni anlaşma əldə olunmayıb.

Qeyd edək ki, Azər Bağırov 2025-ci oktyabrın 1-dən “Kəpəz”ə başçılıq edirdi.

İdman.Biz