Azərbaycanlı futbolçunun forması ÇL-nin finalına ev sahibliyi edən şəhərdə nümayiş etdirilir - FOTO

29 May 2026 22:23
136
Azərbaycanlı futbolçunun forması ÇL-nin finalına ev sahibliyi edən şəhərdə nümayiş etdirilir

UEFA Çempionlar Liqası finalının ev sahibi olan Budapeştdə bu mövsümün qrup mərhələsində iştirak edən klubların formalarının sərgisi təşkil edilib.

İdman.Biz-in məlumatına görə, sərgidəki eksponatlar arasında Azərbaycan futbolçusu Nəriman Axundzadənin forması da var.

Qeyd edək ki, Nəriman Axundzadə hazırda karyerasını ABŞ-ın “Kolambus Kryu” klubunda davam etdirir.

İdman.Biz