"Kəpəz"in növbəti iki ev oyunu üçün biletlər satışa çıxarıldı

25 Oktyabr 2026 14:49
106
"Kəpəz"in növbəti iki ev oyunu üçün biletlər satışa çıxarıldı

"Kəpəz" klubunun növbəti iki ev oyunu üçün biletlər satışa çıxarılıb.

İdman.Biz xəbər verir ki, futbol azarkeşləri həm Azərbaycan Kubokunun ikinci təsnifat mərhələsində keçiriləcək "Baku Sportinq", həm də Misli Premyer Liqasının 10-cu turu çərçivəsindəki "İmişli" ilə qarşılaşmanın biletlərini əldə edə bilərlər.

Biletlərin qiyməti kateqoriyalardan asılı olaraq 2, 3, 5, 10 və 20 manat təşkil edir.

Satış "iticket.az" saytı vasitəsilə və Gəncə şəhər stadionunun kassalarında həyata keçirilir.

Qeyd edək ki, "Kəpəz" "Baku Sportinq"i oktyabrın 28-də, "İmişli"ni isə noyabrın 1-də qəbul edəcək.

İdman.Biz