Azərbaycan Preymer Liqası: “Neftçi” “Turan Tovuz”a qarşı

24 Oktyabr 2026 10:28
108
Azərbaycan Preymer Liqası: “Neftçi” “Turan Tovuz”a qarşı

Bu gün futbol üzrə Misli Premyer Liqasının doqquzuncu turu çərçivəsində ikinci qarşılaşma “Palms Sports Arena”da keçiriləcək.

İdman.Biz xəbər verir ki, “Neftçi” “Turan Tovuz”u qəbul edəcək.

Oyun saat 19:00-da başlayacaq. Hazırda 17 xala malik “Neftçi” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. 14 xalı olan “Turan Tovuz” isə dördüncü yerdədir.

Misli Premyer Liqası

Birinci dövrə, Dördüncü tur
24 oktyabr (şənbə)
19:00. “Neftçi” - “Turan Tovuz”
Hakimlər: Əli Əliyev, Rəhman İmami, Rahil Ramazanov, Elvin Bayramov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Palms Sports Arena”

Qeyd edək ki, ötən gün “Qəbələ” “Araz-Naxçıvan”ı (2:1), “Zirə” “Sumqayıt”ı (3:2) məğlub edib. Tura oktyabrın 25-də yekun vurulacaq.

İdman.Biz