Bu gün futbol üzrə Misli Premyer Liqasının doqquzuncu turunda “Şəfa” - “Kəpəz” qarşılaşması keçiriləcək.
İdman.Biz xəbər verir ki, saat 16:30-da başlayacaq qarşılaşmanı Cavid Cəlilov idarə edəcək.
Hazırda üç xala malik “Şəfa” turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. 11 xalı olan “Kəpəz” isə yeddinci yerdədir.
Misli Premyer Liqası
Birinci dövrə, Dördüncü tur
24 oktyabr (şənbə)
16:30. “Şəfa” - “Kəpəz”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev.
VAR: Vüqar Həsənli.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
“SOCAR Polymer Arena”
Qeyd edək ki, ötən gün “Qəbələ” “Araz-Naxçıvan”ı (2:1), “Zirə” “Sumqayıt”ı (3:2) məğlub edib. Tura oktyabrın 25-də yekun vurulacaq.
