Futbol üzrə Əvəzedicilər Liqasında yeddinci turun növbəti qarşılaşması keçirilib.
İdman.Biz xəbər verir ki, oktyabrın 25-də “Şəfa-2” doğma meydanda “Turan Tovuz-2”ni qəbul edib. Beş qolun vurulduğu görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmada hesab 22-ci dəqiqədə açılıb. Qonaqların heyətində İsmayıl İsmayılov fərqlənib. Cəmi üç dəqiqə sonra Uğur Məmmədovun avtoqolu ilə hesab bərabərləşib.
İkinci hissənin əvvəlində, 47-ci dəqiqədə Elmir Tağıyev “Şəfa-2”ni önə çıxarıb. 63-cü dəqiqədə Arzu Mədətov hesabı 2:2-yə çatdırsa da, bir dəqiqə sonra İsmayıl Həsənli meydan sahiblərinə qələbə qazandıran qolu vurub.
Qeyd edək ki, Əvəzedicilər Liqasında yeddinci tura oktyabrın 26-da yekun vurulacaq.
