Azərbaycanlı futbolçu İspaniyada oynayacaq - FOTO

25 Oktyabr 2026 14:25
135
Azərbaycanlı futbolçu İspaniyada oynayacaq - FOTO

Azərbaycanlı daha bir futbolçu legioner həyatı yaşayacaq.

İdman.Biz sportal.az-a istinadən xəbər verir ki, U-17 yığma komandamızın üzvü Amin İmanverdiyev İspaniyada oynayacaq.

O, Üçüncü Liqada mübarizə aparan "Mursiya" ilə anlaşıb.

İmanverdiyevlə 3 illik müqavilə imzalanıb. Amin bundan öncə isə İspaniyanın "Osense" klubunun formasını geyinib.

İdman.Biz