“Şamaxı” 11-ci futbolçusu ilə yollarını ayırıb

29 May 2026 21:53
166
“Şamaxı” 11-ci futbolçusu ilə yollarını ayırıb

“Şamaxı” daha bir futbolçusu ilə yollarını ayırıb.

İdman.Biz xəbər verir ki, bölgə təmsilçisi Rafael Məhərrəmli ilə vidalaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı sağ cinah müdafiəçisinin klubla müqavilə müddəti başa çatıb.

Məhərrəmli 2024-cü ildən klubda idi.

Qeyd edək ki, “Şamaxı” daha əvvəl Rüfət Abbasov, Kərim Rossi, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rodriqo Fernandes, Andrey Tirkoveanu və Arsen Ağcabəyovla yollarını ayırıb.

İdman.Biz