“Turnir bizim üçün bundan sonra başlayır”.
İdman.Biz xəbər verir ki, bu barədə minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev mətbuat konfransında deyib.
O bildirib ki, komanda səhvlərini bugünkü oyunda gördü.
“Öz üzərimizdə işləyəcəyik ki, bunları təkrarlamayaq. Oyunçularımı təbrik edirəm. Pley-offdakı rəqibimizi təhlil edəcəyik və daha yaxşı hazırlaşmağa çalışacağıq. Qazaxıstan yığması ilə oyunumuz çətin olacaq. Qələbə qazanaraq yolumuza davam etmək niyyətindəyik”, - deyə Elşad Quliyev açıqlamasında deyib.
Qeyd edək ki, Azərbaycan komandası qrup mərhələsində Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edib. E.Quliyevin baş məşqçisi olduğu kollektiv 1/8 finalda Qazaxıstan millisi ilə üz-üzə gələcək.
