La Liqa: “Vilyarreal” səfərdə “Atletik”ə qalib gəlib - YENİLƏNİB

13 Aprel 2026 01:19
1 384
La Liqa: “Vilyarreal” səfərdə “Atletik”ə qalib gəlib - YENİLƏNİB

İspaniya La Liqasının 31-ci turu çərçivəsində “Atletik” və “Vilyarreal” komandaları üz-üzə gəlib. Bilbaonun “San-Mames Barriya” stadionunda keçirilən qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matçda hesabı 26-cı dəqiqədə “Vilyarreal”ın müdafiəçisi Serxi Kardona açıb. Birinci hissəyə əlavə olunmuş vaxtda Alfonso Qonsales qonaqların üstünlüyünü artırıb. 84-cü dəqiqədə “Atletik”in hücumçusu Qorka Quruzeta fərqi minimuma endirsə də, bu, məğlubiyyətdən qaçmaq üçün kifayət etməyib.

Bu qələbədən sonra 31 oyundan 61 xal toplayan “Vilyarreal” İspaniya çempionatının turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. Aktivində 38 xal olan “Atletik” isə 11-ci sırada yer alıb.

22:58

İspaniya La Liqasının 31-ci turu çərçivəsində “Selta” öz meydanında “Oviedo”nu qəbul edib. Qarşılaşma qonaqların 3:0 hesablı sensasiyalı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, meydan sahibləri oyunun startını uğursuz keçiriblər və artıq beşinci dəqiqədə qapılarında qol görüblər. “Oviedo”nun heyətində Alberto Reyna hesabı açıb. Fasiləyə az qalmış qonaqlar fərqi artırmağı bacarıblar - İlyas Şairin ötürməsini Federiko Vinyas qola çevirib.

“Selta” oyunun gedişatını dəyişməyə çalışsa da, rəqib savadlı müdafiə olunub. 57-ci dəqiqədə isə qonaqlar hesabı darmadağın səviyyəsinə çatdırıblar. Federiko Vinyas dublunu rəsmiləşdirərək matçda son nöqtəni qoyub.

Bu məğlubiyyətdən sonra 44 xalı olan “Selta” turnir cədvəlində altıncı pillədə qərarlaşıb. Xallarının sayını 27-yə çatdıran “Oviedo” isə 19-cu yerə yüksəlib.

20:46

“Malyorka” İspaniya La Liqasının 31-ci turu çərçivəsində öz meydanında “Rayo Valyekano”nu qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı parlaq qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, “Malyorka”nın heyətində Vedat Muriçi dubl edib (36-cı və 40-cı dəqiqə). Komandanın digər qoluna isə 65-ci dəqiqədə Yan Virxili imza atıb.

Bu qələbədən sonra xallarının sayını 34-ə çatdıran “Malyorka” turnir cədvəlində 15-ci pillədə qərarlaşıb. Aktivində 35 xal olan “Rayo Valyekano” isə 13-cü yerdədir.

18:44

İspaniya La Liqasının 31-ci turu çərçivəsində “Osasuna” və “Betis” komandaları üz-üzə gəliblər. Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, qonaqlar oyunun startında hesabı açıblar. Matçın yeddinci dəqiqəsində “Betis”in vingeri Abde Ezzalzuli fərqlənməyi bacarıb. Meydan sahibləri bu qola 40-cı dəqiqədə cavab veriblər. “Osasuna”nın hücumçusu Ante Budimir penaltini dəqiq yerinə yetirərək tarazlığı bərpa edib.

Hazırda “Betis” turnir cədvəlində 46 xalla beşinci pillədə qərarlaşıb. “Osasuna” isə 39 xalla doqquzuncu sıradadır.

İdman.Biz