Azərbaycan Basketbol Liqası: “Sabah” 1/4 finalda “Naxçıvan”a qalib gəlib - YENİLƏNİB

14 Aprel 2026 22:24
1 285
Azərbaycan Basketbol Liqası: “Sabah” 1/4 finalda “Naxçıvan”a qalib gəlib

Azərbaycan Basketbol Liqasında 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.

İdman.Biz xəbər verir ki, günün ilk qarşılaşmasında “Sabah” “Naxçıvan”la münasibətlərə aydınlıq gətirib.

Matç 106:74 hesabı ilə “Sabah”ın qələbəsi ilə bitib.

19:43

Azərbaycan Basketbol Liqasında 1/4 final mərhələsinin oyunları keçirilir.

İdman.Biz xəbər verir ki, günün ilk qarşılaşmasında “Abşeron Lions” komandası “Şəki” ilə münasibətlərə aydınlıq gətirib.

Matç 109:78 hesabı ilə “Abşeron Lions”un qələbəsi ilə bitib.

09:26

Bu gün Azərbaycan Basketbol Liqasında 1/4 final mərhələsinin daha iki oyunu keçiriləcək.

İdman.Biz xəbər verir ki, günün ilk qarşılaşmasında “Abşeron Lions” komandası “Şəki” ilə münasibətlərə aydınlıq gətirəcək.

Həmin oyun saat 17:00-da başlayacaq.

Günün digər matçında isə son ölkə çempionu “Sabah” “Naxçıvan”la üz-üzə gələcək. Bu görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Hər iki görüş Bakı İdman Sarayında təşkil olunacaq.

Qeyd edək ki, ötən gün NTD “Neftçi”ni (97:94), “Ordu” “Gəncə”ni (108:106) məğlub edib. Raundun ikinci oyunları aprelin 16-17-də keçiriləcək.

İdman.Biz