Tamblinqçilər Avropa Çempionatında Azərbaycana ilk medalı gətiriblər - İDMAN.BİZ PORTUQALİYADAN + YENİLƏNİB/VİDEO

11 Aprel 2026 23:04
594
Tamblinqçilər Avropa Çempionatında Azərbaycana ilk medalı gətiriblər - İDMAN.BİZ PORTUQALİYADAN + YENİLƏNİB/VİDEO

Azərbaycan tamblinqçiləri batut, ikiqat mini-batut və tamblinq üzrə Avropa Çempionatında komanda hesabında gümüş medal qazandılar.

Portuqaliyadan İdman.Biz-in məlumatına görə, Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Aleksey Karataşovdan ibarət Azərbaycan komandası yarışda ölkənin ilk medalını qazanıb.

Danimarka komandası birinci, Portuqaliya komandası isə üçüncü yeri tutub.

Xatırladaq ki, Mixail Malkin və Tofiq Əliyev sabah fərdi tamblinq finalında yarışacaqlar.

16:11

Portuqaliyanın Portimao şəhərində keçirilən Avropa çempionatında batut gimnastikası üzrə böyüklər arasında fərdi yarımfinal mərhələsi başa çatıb.

İdman.Biz bu barədə Portuqaliyadan xəbər verir.

Yarışın nəticələrinə əsasən, Azərbaycandan Selcan Mahsudova və Maqsud Mahsudov finala vəsiqə qazanıblar.

Finala yüksəlməklə Selcan Mahsudova 2027-ci ildə İstanbulda keçiriləcək Avropa Oyunlarına da lisenziya əldə edib.

Bundan bir gün əvvəl isə Maqsud Mahsudov Hüseyn Abbasov ilə birlikdə sinxron tullanışlarda finala yüksələrək analoji lisenziya qazanıb.

Beləliklə, hazırda Azərbaycan batut gimnastikası üzrə 2027-ci il Avropa Oyunlarına üç lisenziyaya sahibdir.

14:40

Portuqaliyanın Portimao şəhərində batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatının dördüncü, sondan əvvəlki yarış günü start götürüb.

İdman.Biz bu barədə Portuqaliyadan xəbər verir, yarışlar yeniyetmələr arasında batut üzrə fərdi yarımfinallarla başlayıb. Azərbaycandan Ammar Baxşəliyev finala vəsiqə qazanıb. O, daha sonra ikili mini-batut üzrə yarımfinalda da çıxış edəcək.

Bundan əlavə, bu gün bir sıra digər kateqoriyalar və növlər üzrə finalçılar və medalçılar müəyyənləşəcək.

U-21 kateqoriyasında fərdi finala vəsiqə uğrunda Nicat Mirzəyev mübarizə aparacaq, böyüklər arasında isə Selcan Mahsudova, Maqsud Mahsudov və Hüseyn Abbasov çıxış edəcəklər.

Bu gün həmçinin komanda yarışlarında da medallar uğrunda mübarizə aparılacaq:

tamblinq (yeniyetmələr) - İlham Məmmədov, Sənan Rzazadə, Riad Cavadov;
ikili mini-batut - Ammar Baxşəliyev, Ömər Qasımov, Nikita Kolesnikov, Fərhad Mustafayev;
batut gimnastikası - Maqsud Mahsudov, Hüseyn Abbasov, Əli Niftəliyev, Mehdi Əliyev;
tamblinq (böyüklər) - Mixail Malkin, Tofiq Əliyev, Aleksey Kara­taşov, Adil Hacızadə.

İdman.Biz