Bu gün Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 10-cu, akrobatika gimnastikası üzrə isə 31-ci Bakı birinciliyi keçirilir.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Yarışda ölkənin aerobika və akrobatika gimnastikası üzrə ən istedadlı gimnastları bir araya gəliblər. Gimnastlar müvafiq yaş kateqoriyalarına uyğun olaraq müxtəlif proqramlarda çıxış edirlər.
Qeyd edək ki, yarışa mayın 30-da yekun vurulacaq.
Foto: İslam Atakişiyev
