Aerobika və akrobatika gimnastikası üzrə Bakı birinciliyinə yekun vurulur - FOTO

30 May 2026 13:37
163
Aerobika və akrobatika gimnastikası üzrə Bakı birinciliyinə yekun vurulur - FOTO

Bu gün Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 10-cu, akrobatika gimnastikası üzrə isə 31-ci Bakı birinciliyinə yekun vurulacaq.

İdman.Biz xəbər verir ki, yarışda ölkənin aerobika və akrobatika gimnastikası üzrə ən istedadlı idmançıları bir araya gəliblər.

Gimnastlar müxtəlif yaş kateqoriyalarında proqramlar üzrə çıxış edirlər.

Günün sonunda qaliblər müəyyənləşəcək və mükafatlandırılacaqlar.

İdman.Biz