Bədii gimnastika üzrə Ukrayna təmsilçisi Sofiya Krainskanın Avropa çempionatında medal mərasimi zamanı etdiyi hərəkət müzakirələrə səbəb olub.
İdman.Biz xəbər verir ki, hadisə Bolqarıstanın Varna şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatında baş verib.
Lentlə hərəkətlərdə Rusiya gimnastı Yana Zaikina qızıl medal qazanıb. Ukraynalı Sofiya Krainska ikinci, Almaniya təmsilçisi Melissa Dite isə üçüncü yeri tutub.
Medal mərasimində Rusiya himni səslənərkən Krainskanın qulaqlıq taxdığı və gözlərini əlləri ilə bağladığı bildirilir.
Qeyd edək ki, Avropa çempionatı 27-31 may tarixlərində Varnada keçirilir. Yarışda həm böyüklər, həm də yeniyetmələr kateqoriyası üzrə mübarizə aparılır.
