Bakıda təşkil olunacaq akrobatika gimnastikası üzrə Dünya Kubokunda iştirak edəcək ölkələrin sayı müəyyənləşib.
İdman.Biz Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, yarışda ev sahibi Azərbaycanla yanaşı Avstraliya, Belarus, Bolqarıstan, Estoniya, Gürcüstan, Qazaxıstan, Polşa, Rusiya, İspaniya və Ukrayna idmançıları da mübarizə aparacaqlar.
Qeyd edək ki, akrobatika gimnastikası üzrə Dünya Kuboku iyunun 5-7-də Bakıda yerləşən Milli Gimnastika Arenası təşkil olunacaq.
