Azərbaycan və Lesoto federasiyaları əməkdaşlıq memorandumu imzalayıb - FOTO

19 İyul 2026 14:48
353
Azərbaycan və Lesoto federasiyaları əməkdaşlıq memorandumu imzalayıb - FOTO

Azərbaycan Gimnastika Federasiyası ilə Lesoto Gimnastika Federasiyası arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.

İdman.Biz xəbər verir ki, sənədi Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə və Lesoto Gimnastika Federasiyasının prezidenti Xeola Makutioano imzalayıblar.

Memorandum gimnastikanın inkişafı və təbliği, federasiyalar arasında əlaqələrin möhkəmləndirilməsi, həmçinin qarşılıqlı təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutur.

Əməkdaşlığın tərəflərin gimnastika sahəsində bilik və təcrübələrini bölüşməsinə, birgə təşəbbüslərin həyata keçirilməsinə və beynəlxalq əlaqələrin genişləndirilməsinə töhfə verəcəyi qeyd olunur.

İdman.Biz