Tamblinq üzrə Azərbaycan millisinin üzvü Tofiq Əliyev Dədə Qorqud parkında açıq havada idman məşqi keçirib.
İdman.Biz xəbər verir ki, məşq Gənclər və İdman Nazirliyinin “Səhər idmanı” layihəsi çərçivəsində təşkil olunub.
Tanınmış idmançı iştirakçılarla birlikdə müxtəlif fiziki hərəkətlər yerinə yetirib və sağlam həyat tərzinin əhəmiyyətini nümayiş etdirib.
