Azərbaycanın tamblinq gimnastları Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə beynəlxalq turnirdə uğurlu çıxış ediblər.
İdman.Biz xəbər verir ki, böyüklər arasında mübarizədə Tofiq Əliyev qızıl medal qazanıb.

Eyni yaş kateqoriyasında Mixail Malkin gümüş mükafata layiq görülüb.
Gənclər arasında çıxış edən Sənan Rzazadə də fəxri kürsüyə yüksəlib. Azərbaycan təmsilçisi turniri gümüş medalla başa vurub.

Beləliklə, gimnastlarımız beynəlxalq yarışda üç medal əldə ediblər.
