Azərbaycan Premyer Liqası: "İmişli" bir qolla qələbə qazanıb - YENİLƏNİB + VİDEO

12 Aprel 2026 17:29
1 509
Azərbaycan Premyer Liqası: "İmişli" bir qolla qələbə qazanıb - YENİLƏNİB + VİDEO

İdman.Biz xəbər verir ki, "Qəbələ" - "İmişli" qarşılaşması qonaqların bir qolluq qələbəsi ilə başa çatıb. Dioqo Rollonun 45-ci dəqiqədə vurduğu qol "İmişli"nin 15 oyunluq qələbə həsrətinə son qoyub.

Bu qələbədən sonra "İmişli" xallarını 26-ya çatdıraraq doqquzuncu sıradakı mövqeyini qoruyub. "Qəbələ" isə 19 xalla 11-ci pillədə qalıb.

16:33

İlk 45 dəqiqədən sonra hesab 0:1 olan "Qəbələ" - "İmişli" qarşılaşmasında ikinci hissə başladı.

16:16

"Qəbələ" - "İmişli" qarşılaşmasında ilk hissənin sonuncu dəqiqəsində qonaqlar hesabı açdılar. Komandasını hesabda önə çıxara Dioqo Rollo oldu.

15:27

Misli Premyer Liqasının 27-ci turunda nəzərdə tutulmuş "Qəbələ" - "İmişli" qarşılaşması başladı.

14:47

Qəbələ şəhər stadionunda 15:30-da keçiriləcək "Qəbələ" - "İmişli" oyunu üçün komandaların strat heyətləri açıqlanıb.

İdman.Biz heyətləri təqdim edir:

"Qəbələ": 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 66. Nuğay Rəşidov, 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 33. Seydina Keyta, 50. Adriel Ba Loua, 3. Eduardo Kunde, 16. İsaak Amoah, 14. Domi Massumo, 30. Prins Ovusu.

Baş məşqçi: Kaxaber Tsxadadze.

"İmişli": 1. Hüseynəli Quliyev, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı, 94. Rafael Vieqaş, 10. Nikola Karaklaiç, 29. Edvin Banquera, 14. Ronaldo de Souza, 23. Dioqo Rollo, 79. Dioqo Kardozu, 17. Ezekiel Morqan, 7. Luis Silvestr.

Baş məşqçi: Jorj Kaşkilya.

09:19

Bu gün futbol üzrə Misli Premyer Liqasının 27-ci turuna iki oyunla son qoyulacaq. Günün ilk qarşılaşmasında "Qəbələ" "İmişli" ilə üz-üzə gələcək.

İdman.Biz xəbər verir ki, oyun saat 15:30-da Qəbələ şəhər stadionunda keçiriləcək.

“Qəbələ” 19 xalla turnir cədvəlinin 11-ci pilləsində yer alıb. 23 xala malik “İmişli” isə doqquzuncudur.

Misli Premyer Liqası
Dördüncü dövrə, 27-ci tur
12 aprel
15:30. “Qəbələ” - “İmişli”

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, İslam Məmmədov
VAR: Əli Əliyev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Qəbələ şəhər stadionu

İdman.Biz