Misli Premyer Liqasının 27-ci turuna “Turan Tovuz” - “Sumqayıt” oyunu ilə yekun vuruldu.
İdman.Biz xəbər verir ki, gərgin keçən oyun "boz qurdlar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbədən sonra xallarını 52-yə çatdıran “Turan Tovuz” ən yaxın izləyisici "Zirə" ilə xal fərqini səkkizə çatdıraraq üçüncü pillədəki mövqeyini qoruyub. "Sumqayıt" (32) isə yeddincidir.
19:27
"Sumqayıt" komandasının heyətindən Rayan Senhadji 64-cü dəqiqədə hesab arasındakı fərqi azaldır - 2:1.
19:15
Joarlem Santos 50-ci dəqiqədə Qərb təmsilçisinin ikinci qolunu vurdu - 2:0
18:13
Filip Ozobiç oyunun səkkizinci dəqiqəsində "Turan Tovuz"u hesabda önə çıxarır - 1:0
17:57
İdmanBiz xəbər verir ki, Tovuz şəhər stadionunda Misli Premyer Liqası çərçivəsində 27-ci turun son oyunu - “Turan Tovuz” - “Sumqayıt” qarşılaşması başladı.
17:00
Bu gün Misli Premyer Liqasında 27-ci tura “Turan Tovuz” - “Sumqayıt” oyunu ilə yekun vurulacaq.
İdmanBiz xəbər verir ki, artıq hər iki komandanın start heyəti bəlli olub:
"Turan Tovuz": 1. Oleq Baklov 29. Filip Ozobiç 17. Rəhim Sadıxov 88. Faiq Hacıyev (k) 11. Ayxan Hüseynov 90. Joarlem Santos 15. Emmanuel Hakman 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 2. Mark Rene Mampassi
Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 4. Şəhriyar Əliyev 10. Xəyal Nəcəfov 6. Fərid Yusifli 99. Vadji İbrahima 9. Coş Cinnelli
Baş məşqçi: Kurban Berdiyev
"Sumqayıt": 1. Mehdi Cənnətov (k) 3. Höccət Haqverdi 21. Nihad Əhmədzadə 75. Nadir Orucov 9. Aleksandr Ramalinqom 72. Rayan Senhadji 33. Danilo Beskorovaynıy 23. Ronaldo Vaskez 71. Masaki Murata 95. Nsana Simon 11. Aleksa Yankoviç
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev 12. Murad Ağamalıyev 7. Rüstəm Əhmədzadə 29. Emil Mustafayev 8. Səbuhi Abdullazadə 24. Sənan Muradlı 37. Nihad Orucəli 97. Vüsal Paşayev 10. Nikola Ninkoviç 6. Sedrik Badolo 25. Abdul Raşid Mumini
Baş məşqçi: Saşa İliç
10:11
Bu gün futbol üzrə Misli Premyer Liqasının 27-ci turuna yekun vurulur. Turun son oyunu “Turan Tovuz”la “Sumqayıt” arasında baş tutacaq.
İdman.Biz xəbər verir ki, saat 18:00-da Tovuz şəhər stadionunda start götürəcək qarşılaşmanı Kamranbəy Rəhimov idarə edəcək.
“Turan Tovuz” 49 xalla turnir cədvəlinin üçüncü pilləsində yer alıb. 32 xala malik “Sumqayıt” isə yeddincidir.
Misli Premyer Liqası
Dördüncü dövrə, 27-ci tur
12 aprel
18:00. “Turan Tovuz” - “Sumqayıt”
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Kamran Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Qovuz şəhər stadionu
